ABŞ-ın Azərbaycandakı səfiri Sumqayıtda fəaliyyət göstərən QHT rəhbərləri ilə görüşüb

ABŞ-ın Azərbaycandakı səfiri Sumqayıtda fəaliyyət göstərən QHT rəhbərləri ilə görüşüb
# 12 sentyabr 2007 11:18 (UTC +04:00)
APA-nın məlumatına görə, səfir ilk olaraq Sumqayıtda ekoloji sahədə fəaliyyət göstərən qeyri-dövlət təşkilatlarının nümayəndələri ilə görüşüb. Mətbuatın iştirakı olmadan keçirilən görüşdən sonra səfir jurnalistlərə açıqlama verib. Ann Dersi qeyd edib ki, o, səfər çərçivəsində Sumqayıt şəhəri ilə tanış olacaq: “Azərbaycanın bütün şəhərlərinin üzləşdiyi problemlər Sumqayıtda da hiss olunur. O cümlədən, Sumqayıt əhalisi ekoloji problemlərlə daha çox üzləşir”. Ekoloji sahədə aparıcı mütəxəssislərin fikirləri ətrafında müzakirələr aparıldığını deyən səfir qeyd edib ki, görüşdə ətraf mühitə dəyən ziyanın aradan qaldırılması, Xəzərin çirklənməsi, bu problemin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb: “Biz eyni zamanda Azərbaycanda sovetlər dövründən qalmış ekoloji problemlərin aradan qaldırılması barədə də müzakirələr apardıq. Bu məsələni Sumqayıt şəhər rəhbərliyi ilə müzakirə edəcəyəm”. Jurnalistlərə açıqlama verən Sumqayıt Ekoloji Realibitasiya Mərkəzinin direktoru Arif İslamzadə müzakirələrin maraqlı keçdiyini deyib: “Qeyri-dövlət təşkilatlarının nümayəndələri Sumqayıtın ekoloji vəziyyəti ilə bağlı səfirə geniş məlumat verdilər və topladıqları məlumatları səfirə çatdırdılar. Biz həmçinin digər layihələr ətrafında da danışıqlar apardıq”. Qeydə edək ki, günün ikinci yarısında səfir Ann Dersinin Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyevlə görüşü planlaşdırılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR