Conatan Henik: “ABŞ hökuməti əmindir ki, Dağlıq Qarabağa ayırdığı pullar yalnız humanitar məqsədlər üçün istifadə olunur”

Conatan Henik: “ABŞ hökuməti əmindir ki, Dağlıq Qarabağa ayırdığı pullar yalnız humanitar məqsədlər üçün istifadə olunur”
# 13 sentyabr 2007 14:57 (UTC +04:00)
“ABŞ hökuməti əmindir ki, Dağlıq Qarabağa ayırdığı pullar yalnız humanitar məqsədlər üçün istifadə olunur”. Bu açıqlamanı APA-ya ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Conatan Henik verib. Onun sözlərinə görə, ABŞ hökuməti Dağlıq Qarabağa ayrılan vəsaitini xərclənməsi prosesini ciddi şəkildə izləyir. Conatan Henik humanitar məqsədlər üçün vəsaitin ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən ayrıldığını, lakin hökumətin bu vəsaitin hansı məqsədlər üçün sərf olunmasına nəzarət etdiyini deyib: “Bu vəsait heç bir halda digər məqsədlər, o cümlədən hərbi məqsədlər üçün sərf oluna bilməz”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR