Azərbaycan zabiti Ramil Səfərovun apellyasiya şikayətinə baxışın günü yaxın vaxtlarda bəlli olacaq

Azərbaycan zabiti Ramil Səfərovun apellyasiya şikayətinə baxışın günü yaxın vaxtlarda bəlli olacaq
# 14 sentyabr 2007 10:37 (UTC +04:00)
Azərbaycan Ordusunun zabiti Ramil Səfərovla məhkəmə nəzarətçiləri arasında olan insidentlə bağlı Budapeşt Şəhər Peşt Rayon Məhkəməsinin 17 noyabr 2006-cı il tarixində çıxarılan hökmündən verilən apellyasiya şikayətinə baxışın günü yaxın vaxtlarda bəlli olacaq. Azərbaycan Vəkillər Kollegiyasından APA-ya verilən məlumata görə, prosesdə Ramil Səfərovun ailəsini təmsil edən nümayəndənin iştirakı gözlənilir. Ailəni kimin təmsil edəcəyi isə hələlik bəlli deyil.
Qeyd edək ki, R. Səfərovun ailəsinin nümayəndəsi vəkil İkram Şirinov hakim təyin olunduğu üçün hələlik ailənin yalnız Bakı nümayəndəsi fəaliyyət göstərir. Bu, Elmar Kərimovdur.
R. Səfərovun ailəsindən APA-ya bildirilib ki, zabitin ömürlük azadlıqdan məhrum edilməsi qərarını qüvvədə saxlayan Budapeşt Şəhər Apelyasiya Məhkəməsinin 22 fevral 2007-ci il tarixli qərarından hələ ki, kassasiya şikayəti verilməyib. Kassasiya şikayətinin verilib-verilməməsi barədə R. Səfərovla məhkəmə nəzarətçiləri arasında olan insidentlə bağlı Budapeşt Şəhər Peşt Rayon Məhkəməsinin 17 noyabr 2006-cı il tarixində çıxarılan hökmündən verilən apellyasiya şikayətinə baxılandan sonra qərar veriləcək.
Xatırladaq ki, Ramil Səfərov erməni zabiti Qurgen Markaryanı qətlə yetirdiyinə görə, Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR