ATƏT-in Bakı ofisi hökumət orqanlarının mətbuat xidmətləri üçün layihə hazırlamaq niyyətindədir

ATƏT-in Bakı ofisi hökumət orqanlarının mətbuat xidmətləri üçün layihə hazırlamaq niyyətindədir
# 13 oktyabr 2007 10:46 (UTC +04:00)
ATƏT-in Bakı ofisi hökumət orqanlarının mətbuat xidmətləri üçün layihə hazırlamaq niyyətindədir. Ofisdən APA-ya verilən məlumata görə, layihə Azərbaycan hökuməti ilə birlikdə vahid informasiya-kommunikasiya strategiyasını hazırlamaq məqsədi daşıyır. Bu sənədə əsasən mətbuat xidmətləri vahid nizamnamədən istifadə edərək, jurnalistlərlə əlaqə quracaqlar. Sənədin hazırlanması üçün yaxın vaxtlarda işçi qrupunun yaradılması nəzərdə tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR