Almaniyada “Azərbaycan xalq nağılları” kitabı işıq üzü görüb

Almaniyada “Azərbaycan xalq nağılları” kitabı işıq üzü görüb
# 15 oktyabr 2007 08:22 (UTC +04:00)
Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə “Azərbaycan xalq nağılları” kitabı alman dilində nəşr olunub. Azərbaycanın Almaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə. bu, Almaniyada Azərbaycan xalq nağıllarına dair nəşr edilən ilk kitabdır. Özündə 17 Azərbaycan xalq nağılını və Abdulla Şaiqin “Tülkü həccə gedir” təmsilini ehtiva edən kitab Berlindəki “Verlag Dr. Köster” nəşriyyatında nəşr edilib.
Nağılları Azərbaycan dilindən avstriyalı azərbaycanşünas Liliane Qrimm tərcümə edib. Kitab üçün çəkilmiş illüstrasiyaların müəllifi Almaniyadakı Azərbaycan icmasının fəallarından olan tanınmış rəssam İbrahim Əhraridir.
Kitab bu il 10-14 oktyabrda keçirilən Almaniyanın Beynəlxalq Frankfurt Kitab Sərgisində nümayiş etdirilib.
Kitab Almaniya, Avstriya və İsveçrədə kitab mağazaları və internet vasitəsilə geniş şəbəkədə satışa çıxarılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR