Berlində “Azərbaycan xalq nağılları” adlı kitab işıq üzü görüb

Berlində “Azərbaycan xalq nağılları” adlı kitab işıq üzü görüb
# 18 oktyabr 2007 12:22 (UTC +04:00)
Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə bu il oktyabrın 8-də “Azərbaycan xalq nağılları” adlı kitab işıq üzü görüb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 17 Azərbaycan xalq nağılını və Abdulla Şaiqin “Tülkü həccə gedir” təmsilini özündə ehtiva edən kitab Berlində fəaliyyət göstərən nüfuzlu “Verlag Dr. Köster” nəşriyyatı tərəfindən nəfis tərtibatda nəşr edilib. Nağılları Azərbaycan dilindən alman dilinə Avstriya vətəndaşı Liliane Qrimm tərcümə edib. Kitab üçün çəkilən illüstrasiyaların müəllifi Almaniyadakı Azərbaycan icmasının fəallarından olan tanınmış rəssam İbrahim Əhraridir. Kitab bu il oktyabrın 10-14-də keçirilən Almaniyanın Beynəlxalq Frankfurt Kitab Sərgisində nümayiş etdirilib. Kitab Almaniya, Avstriya və İsveçrədə kitab mağazaları və internet vasitəsilə geniş şəkildə satışa çıxarılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR