Amman meri Bakıya səfər edəcək

Amman meri Bakıya səfər edəcək
# 22 oktyabr 2007 09:06 (UTC +04:00)
İordaniya paytaxtının meri Ömər Maani ilin sonuna kimi Bakıya səfər edəcək. Azərbaycanın İordaniyada fövqəladə və səlahiyyətli səfiri Elman Araslının APA-ya verdiyi məlumata görə, səfər Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun dəvəti ilə gerçəkləşəcək. Hazırda Amman merinin Bakıya səfər proqramı dəqiqləşdirilir. Səfirin sözlərinə görə, gələn ilin əvvəllərində Bakıda Azərbaycan-İordaniya biznes-forumunun keçirilməsi nəzərdə tutulur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR