Qüdsi Osmanov Xantı-Mansiysk Muxtar Dairəsinə səfər edib

Qüdsi Osmanov Xantı-Mansiysk Muxtar Dairəsinə səfər edib
# 23 oktyabr 2007 10:18 (UTC +04:00)
“Azərbaycan Respublikası ilə Xantı-Mansiysk Muxtar Dairəsi arasında qarşılıqlı əməkdaşlıq üçün böyük potensial, həmçinin tərəflərin istəyi mövcuddur”. Azərbaycanın Sankt-Peterburqdakı konsulluğundan APA-ya verilən məlumata görə, bu fikirləri Xantı-Mansiys Muxtar Dairəsində səfəri çərçivəsində jurnalistlərə baş konsul Qüdsi Osmanov verib. O, Azərbaycanla bu muxtar qurum arasında əlaqələrin hələ ötən əsrin 50-ci illərindən mövcud olduğunu deyib: “Azərbaycan üçün Xantı-Mansiysk Muxtar Dairəsi həmişə maraqlı olub. Ötən əsrin 50-ci illərindən başlayaraq neft və qaz sahəsində çalışan azərbaycanlı mütəxəssislər Yuqraya gələrək burada işləyiblər. 90-cı illərdə isə burada çalışan həmvətənlərimizin sayı daha da artıb”. Qüdsi Osmanov səfər zamanı muxtar qurumun nümayəndələri ilə ikitərəfli əlaqələrin genişləndirilməsinə həsr olunmuş danışıqlar aparıb. Muxtar qurumun rəhbərliyi Azərbaycandan meyvə-tərəvəz idxal etməkdə maraqlı olduqlarını bildiriblər. Səfər zamanı Qüdsi Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Federal Miqrasiya Xidmətinin Yuqra idarəsinin rəhbəri Mixail Afonov və muxtar qurumun daxili işlər idarəsinin rəhbəri Nikolay Qudojnikovla görüş keçirəcək. Yaxın zamanlarda Yuqra nümayəndə heyətinin Azərbaycana səfəri də istisna edilmir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR