Ann Dersi: “ABŞ PKK tərəfindən törədilən hər bir zorakılığı pisləyir”

Ann Dersi: “ABŞ PKK tərəfindən törədilən hər bir zorakılığı pisləyir”
# 24 oktyabr 2007 07:57 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi verib. Onun sözlərinə görə, 60 il ərzində ABŞ və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq edir və PKK-ya qarşı mübarizə həmin məsələlərdən biridir: “Bu məsələnin həlli - İraq, Türkiyə və ABŞ dövlətlərin əməkdaşlıq etməsindən keçir. İraq və Türkiyə həm qonşu, həm də dost dövlətləridir, sentyabrın 27-də iki ölkə arasında terrorçuluğa qarşı mübarizə ilə bağlı saziş imzalanıb”. Səfir bildirib ki, sözügedən razılıq çərçivəsində Türkiyə və İraq dövlətlərinin əməkdaşlığını alqışlayır və ümid edir ki, iki hökumət ABŞ hökuməti ilə birgə PKK kimi təşkilatlarının fəaliyyətini dayandıra bilər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR