Ann Dersi: “2008-ci ildə prezident seçkilərinin şəffaf keçirilməsi Azərbaycanın demokratiyaya keçidində mühüm rol oynayacaq”

Ann Dersi: “2008-ci ildə prezident seçkilərinin şəffaf keçirilməsi Azərbaycanın demokratiyaya keçidində mühüm rol oynayacaq”
# 24 oktyabr 2007 11:31 (UTC +04:00)
Diplomat bildirib ki, bu seçkilərdən sonra Azərbaycan demokratiyanın inkişaf etdiyi ölkə kimi bir sıra imkanlar əldə edə bilər. O, Azərbaycanı keçid mərhələsində olan gənc dövlət hesab etdiyini də diqqətə çatdırıb: “Azərbaycan gənc dövlət olduğundan qarşısında müəyyən çətin işlər durur. Biz bilirik ki, Avropa Şurasında və ATƏT-dəki həmkarlarımız seçki ilə əlaqədar Azərbaycan dövləti və bu ölkənin vətəndaş cəmiyyətinin formalaşdırılmasında iştirak edən təşkilatlarla sıx əməkdaşlıq edirlər. Azərbaycan hökumətinin və cəmiyyətinin demokratiyanın inkişaf etdirilməsi ilə bağlı səylərini dəstəkləyirik. İnanırıq ki, Azərbaycan öz potensialından istifadə edib regionun və dünyanın lider dövlətlərindən birinə çevrilə bilər. Biz də səylərimizi davam etdirməliyik ki, Azərbaycanda demokratiya istiqamətində müəyyən dəyişikliklər olsun. Əsas məqsəd seçkilərdə şəffaflığın təmin edilməsidir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR