Ərşad Ömər İsmayıl: “İraqın çox problemləri var”

Ərşad Ömər İsmayıl: “İraqın çox problemləri var”
# 24 oktyabr 2007 11:38 (UTC +04:00)
“Orta Şərqin keçmişi yüksək səviyyədə olub. Amma birinci dünya savaşından sonra Orta Şərq yıxılmağa başladı. Orta Şərq dövlətləri gərək birləşsin və buna qarşı çıxsın. Mən sabahımızı çox işıqlı görürəm”. APA-nın məlumatına görə, bu sözləri İraqın Azərbaycandakı səfiri Ərşad Ömər İsmayıl Azərbaycanda keçirilən “Yaxın və Orta Şərq: dünəni, bu günü və sabahı” mövzusunda beynəlxalq konfransda çıxışında bildirib. İraqın çox problemləri olduğunu deyən səfir ölkəsinin bir çox çətinliklərdən keçdiyini vurğulayıb: “İraqın problemləri Küveytin işğalından daha öncə başladı. İraqın qonşu ölkələrlə də çox problemləri olub. İndi də PKK məsələsinə görə Türkiyə ilə İraq arasında problem yaranıb. Amma biz qonşu dövlətə ziyan verməməyə çalışırıq. Yeni İraq qonşularına əziyyət verməməyə səy göstərir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR