Misirin Azərbaycandakı səfiri Yusuf Şarkavi: “”™Əminik ki, birgə səy göstərməklə İraq, Fələstin və Qarabağ məsələlərini həll edəcəyik”

Misirin Azərbaycandakı səfiri Yusuf Şarkavi: “”™Əminik ki, birgə səy göstərməklə İraq, Fələstin və Qarabağ məsələlərini həll edəcəyik”
# 24 oktyabr 2007 12:13 (UTC +04:00)
“Azərbaycan prezidenti İlham Əliyevin 2007-ci ilin may ayında Misirə səfəri ölkələrimiz arasındakı əlaqələrdə mühüm hadisə və dönüş məqamı olub. Hazırda region ölkələri bir sıra problemlərlə rastlaşıblar. Misir bu problemlərin sülh yolu ilə həllini arzulayır”. APA-nın məlumatına görə, bu sözləri Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Yusuf Şarkavi “Yaxın və Orta Şərq: dünəni, bu gün və sabahı” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxışında deyib. Bu gün ən vacib məsələlərdən birinin terrorizm problemi olduğunu vurğulayan səfir bildirib ki, sülh naminə region ölkələri səylərinin birləşdirməlidir: “Misir prezidenti Hüsnü Mübarək BMT bayrağı altında beynəlxalq konfrans çağırılması təşəbbüsü ilə çıxış edib. Biz əminik ki, birgə səy göstərməklə İraqdakı problemləri, Fələstin və Qarabağ məsələlərini həll edəcəyik. BMT qərarları bu istiqamətdə bizə istiqamət verəcək”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR