ABŞ-dakı İsrail diaspor qurumunun nümayəndələri Azərbaycana gələcək

ABŞ-dakı İsrail diaspor qurumunun nümayəndələri Azərbaycana gələcək
# 25 oktyabr 2007 09:13 (UTC +04:00)
Gələn ay ABŞ-da yaşayan İsrail vətəndaşlarının əməkdaşlıq təşkilatının AİPAC-ın 80-ə yaxın nümayəndəsi Azərbaycana gələcək. İsrail səfiri Artur Lenkin APA-ya verdiyi məlumata görə, nümayəndə heyəti regiona səfər çərçivəsində öncə İsraildə, daha sonra isə Azərbaycan və Türkiyədə olacaqlar. Səfərdə məqsəd Azərbaycan, İsrail, ABŞ və Türkiyənin qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə edilməsidir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR