Moldova səfiri İon Robu: “Bölgələrə səfərdə məqsəd Moldovadan olan sərmayədarları maraqlandıran şirkətlərin fəaliyyəti ilə tanış olmaqdır”

Moldova səfiri İon Robu: “Bölgələrə səfərdə məqsəd Moldovadan olan sərmayədarları maraqlandıran şirkətlərin fəaliyyəti ilə tanış olmaqdır”
# 26 oktyabr 2007 08:03 (UTC +04:00)
“Azərbaycanın bölgələrinə etdiyim səfərlərin məqsədi Moldovadan olan sərmayədarları maraqlandıran şirkətlərin fəaliyyəti ilə tanış olmaqdır”. APA-nın Qərb bürosunun məlumatına görə, bu fikirləri Gəncədə səfərdə olan Moldovanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri İon Robu söyləyib. O, Gəncədə moldovalı iş adamlarını maraqlandıran bir sıra müəssisələrin fəaliyyət göstərdiyini deyib. Səfir dünən “Gəncə Şərab-2 ” Açıq Səhmdar Cəmiyyətində olub və şərab zavodunun iş fəaliyyəti ilə maraqlanıb. Bu gün səfir İon Ronu Gəncənin tarixi ilə yaxından tanış olmaq üçün şəhərin müxtəlif maddi mədəni abidələrinə baş çəkəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR