ABŞ səfirliyi qeyri-mühacir vizası üçün görüş təyin olunmasında onlayn və internet əsaslı sistemdən istifadə edəcək

ABŞ səfirliyi qeyri-mühacir vizası üçün görüş təyin olunmasında onlayn və internet əsaslı sistemdən istifadə edəcək
# 26 oktyabr 2007 11:54 (UTC +04:00)
Noyabrın 5-dən etibarən ABŞ-ın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi qeyri-mühacir vizası üçün görüşün təyin olunmasında onlayn və internet əsaslı sistemdən istifadə edəcək. Səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Dövlət Departamenti bu onlayn görüş təyinetmə sistemini müxtəlif səfirliklərdə artıq sınaqdan keçirib və proqramı dünya üzrə inkişaf etdirir. Telefonla görüş təyinetmə sistemindən internet əsaslı sistemə keçid ərizəçilərə həftənin hər günü, istənilən vaxt görüş təyin etmək, yaxud görüşün vaxtını dəyişmək imkanı yaradır. Bu sistemdən istifadə etmək üçün viza ərizəçiləri əvvəlcə səfirliyin http://azerbaijan.usembassy.gov saytına daxil olmalı və elektron viza müraciət ərizəsini doldurduqdan sonra görüşün vaxtını təyin etməlidirlər. Görüşü təyin etdikdən sonra ərizəçilər konfirmasiya (təsdiq olunma barəsində) vərəqəni çap edib görüş günü özləri ilə səfirliyə gətirməlidirlər. Ərizəçilər görüşə 120 gün əvvəl yazıla bilər. Səfirlik bütün ərizəçilərə onlayn sistemindən istifadə edərək viza üçün görüşü mümkün qədər tez - ən azı bir ay əvvəl təyin etmələrini məsləhət görür. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR