Moldova səfiri Gəncənin mədəni-tarixi abidələri ilə tanış olub

Moldova səfiri Gəncənin mədəni-tarixi abidələri ilə tanış olub
# 26 oktyabr 2007 13:55 (UTC +04:00)
Moldovanın Azərbaycandakı səfiri İon Ronu Gəncəyə səfərinin ikinci günü şəhərin mədəni-tarixi abidələri ilə tanış olub. APA-nın Qərb bürosunun xəbərinə görə, diplomat bu gün ilk olaraq Şah Abbas məscidində və Cavad xan türbəsində olub. Sonra İ. Ronu Xan bağına və Gəncə Tarix Diyarşünaslıq Muzeyinə, Gəncənin emblemi əks olunmuş qoşa şir abidəsinə və Nizami Gəncəvinin məqbərəsinə yollanıb. Səfir Olimpiya İdman Kompleksinə və Gəncə Avtomobil Zavoduna da baş çəkib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR