Azərbaycan Diplomatik Akademiyası ilə Norveç XİN arasında əməkdaşlıq haqqında saziş imzalanıb

Azərbaycan Diplomatik Akademiyası ilə Norveç XİN arasında əməkdaşlıq haqqında saziş imzalanıb
# 31 oktyabr 2007 13:29 (UTC +04:00)
APA-nın məlumatına görə, sənədi akademiyanın rektoru Hafiz Paşayev və Norveçin Azərbaycandakı səfiri Yon Ramberq imzalayıblar. Sazişə əsasən tərəflər birgə iki əsas proqram həyata keçirəcək. Bu proqram aşağı və orta səviyyəli 60 diplomat üçün nəzərdə tutulmuş moduldan ibarətdir. Hazırda birinci modul nitq və hazırlıq mövzusunda treninqlər keçirilir. Digər modullar Avropa İttifaqı, sülh araşdırmaları və skandinaviyaşünaslıq mövzusunda keçiriləcək. Proqram 2008-ci il may ayına qədər davam edəcək. İkinci proqram isə XİN-in və digər dövlət qurumlarının rəhbər şəxsləri üçün nəzərdə tutulub. Dörd moduldan ibarət olan “Liderlik qabiliyyətinin artırılması” proqramının ilk 3 modulu Bakıda, sonuncusu isə Norveçdə keçiriləcək.
İmzalanma mərasimində rektor Hafiz Paşayev bildirib ki, Diplomatik Akademiya bir neçə ay əvvəl Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu və ABŞ-ın Corctaun Universiteti ilə əməkdaşlıq haqqında sazişlər imzalayıb, bugünkü sənəd isə daha geniş imkanlar verir, çünki iki ölkənin nazirlikləri arasında imzalanıb. Y.Ramberq isə təmsil etdiyi ölkənin Diplomatik Akademiya tərəfindən tərəfdaş seçilməsindən məmnun olduğunu bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR