Azərbaycanın Mali Respublikasındakı səfiri öz etimadnaməsini prezident Amadu Rumani Tureyə təqdim edib

Azərbaycanın Mali Respublikasındakı səfiri öz etimadnaməsini prezident Amadu Rumani Tureyə təqdim edib
# 21 noyabr 2007 09:44 (UTC +04:00)
Azərbaycanın Mərakeş Krallığındakı səfiri S. Ağabəyov eyni zamanda akkreditə olunduğu Mali Respublikasında öz etimadnaməsini dövlət başçısı Amadu Rumani Tureyə təqdim edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mali prezidenti ilə görüş zamanı səfir S. Ağabəyov Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verib, işğal olunmuş ərazilərdə dağıdılmış çoxsaylı dini və mədəni abidələrin, məscidlərin olduğunu deyib. Mali Prezidenti ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu bildirib, Azərbaycanın öz səfirini Bamakoda akkreditə etməsinin əlaqələrin yeni mərhələyə daxil olmasına öz töhfəsini verəcəyini qeyd edərək bu addımı yüksək qiymətləndirib. Görüşdə həmçinin neft sənayesi sahəsində, xüsusilə neft kəşfiyyatı, hasilatı və mütəxəssis mübadiləsi, təhsil və kənd təsərrüfatı qarşılıqlı faydalı əməkdaşlıq imkanları, bu əməkdaşlıq üçün müqavilə-hüquq bazasının yaradılmasının zəruriliyi qeyd olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR