Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyasının iclasında prezident İslam Kərimovun ölkəmizə səfəri məsələsi müzakirə olunacaq

Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyasının iclasında prezident İslam Kərimovun ölkəmizə səfəri məsələsi müzakirə olunacaq
# 26 noyabr 2007 08:02 (UTC +04:00)
Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının tərkibinə dəyişiklik edilib. Yaxın zamanlarda hər iki tərəfdən komissiyanın formalaşdırılması işi başa çatdırılacaq. Özbəkistanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri İsmətulla İqraşev APA-ya bildirib ki, komissiyanın tərkibinin formalaşdırılması, iclasın gündəliyinin və imzalanacaq sənədlərin hazırlanması ən azı üç ay vaxt tələb olunur: “Amma tərəflər Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyasının 8-ci iclasının vaxtını uzatmaq istəmirlər. Bu iclas yaxın 3 ay ərzində keçiriləcək. Komissiyanın iclasında həmçinin yüksək səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsi, o cümlədən Özbəkistan prezidentinin Azərbaycana səfəri müzakirə olunacaq”. Qeyd edək ki, dekabrın 23-də Özbəkistanda növbəti prezident seçkiləri keçiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR