Dövlət Dumasına seçkilərlə bağlı Rusiyanın Bakıdakı səfirliyində seçki məntəqəsi yaradılıb

Dövlət Dumasına seçkilərlə bağlı Rusiyanın Bakıdakı səfirliyində seçki məntəqəsi yaradılıb
# 28 noyabr 2007 13:51 (UTC +04:00)
Azərbaycanda yaşayan Rusiya vətəndaşları dekabrın 2-də bu ölkənin Bakıdakı səfirliyində yaradılmış seçki məntəqəsində səs verəcəklər. Rusiyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, Dövlət Dumasına keçiriləcək seçkilərlə bağlı səfirliyin konsulluq şöbəsində 5006 saylı seçki məntəqəsi yaradılıb. Azərbaycanda yaşayan, eyni zamanda həmin gün Bakıya gələcək Rusiya vətəndaşları bu məntəqədə səs verə biləcəklər. Səfirlikdən onu da bildiriblər ki, Gəncə şəhərində yaşayan Rusiya vətəndaşları artıq noyabrın 25-də səs veriblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR