Rusiyanın Azərbaycandakı səfiri Dövlət Dumasına seçkilərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib

Rusiyanın Azərbaycandakı səfiri Dövlət Dumasına seçkilərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib
# 05 dekabr 2007 11:22 (UTC +04:00)
O, 2003-cü ildə keçirilən Dövlət Dumasına seçkilərlə müqayisədə bu il seçici fəallığının 15-20 faiz artdığını söyləyib. Seçkilərdə “Yedinaya Rossiya” Partiyasının qələbə qazandığını deyən səfir Kommunist, Liberal-Demokrat və “Yabloko” partiyalarının da parlamentdə təmsil olunmaq hüququ qazandığını qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda 1497 seçicidən 1118-i “Yedinaya Rossiya” Partiyasına səs verib: “Azərbaycan müşahidəçiləri seçkilərin nəticələrinə ciddi təsir edəcək qanun pozuntuları aşkarlamayıblar. Azərbaycan rəhbərliyi isə “Yedinaya Rossiya” Partiyasının qələbəsi münasibətilə Vladimir Putini ilk təbrik edənlərdən olub”. Səfir seçkilərdə qalib gələn partiyanın Sovet İttifaqını bərpa etmək niyyəti olmadığını da vurğulayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR