Elmar Məmmədyarov Norveçin xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov Norveçin xarici işlər naziri ilə görüşüb
# 05 dekabr 2007 14:59 (UTC +04:00)
Daha sonra XİN rəhbəri ilə Norveç energetika və neft naziri Oslou Xoqqerlə görüşüb. Tərəflər Azərbaycan və Norveçin Avropanın enerji təhlükəsizliyi sahəsində oynadığı rol barədə müzakirələr aparıb, təcrübə mübadiləsi ediblər. Bu gün səhər isə nazir Norveç Xarici Siyasət İnstitutunda “Azərbaycanın Avroatlantika strukturlarına inteqrasiyası və ölkənin Avropanın enerji təhlükəsizliyində rolu” mövzusunda məruzə ilə çıxış edib. Bu gün günorta Elmar Məmmədyarov norveçli həmkarı Yonas Qar Stere ilə görüşüb. Görüşdə qarşılıqlı münasibətlərin inkişafının zəruriliyi vurğulanıb, regionun enerji və nəqliyyat dəhlizlərinin inkişafı, qarşıdan gələn seçkilər və s. barədə fikir mübadiləsi aparılıb. Bu axşam XİN başçısının “StatoilHydro” şirkətinin prezidenti ilə görüşü nəzərdə tutulur, daha sonra nazir Şimal dənizində Norveç neft platformasına baş çəkəcək. Sabah Norveçdə bir neçə qeyri-rəsmi görüş keçirdikdən sonra Elmar Məmmədyarov Bakıya dönəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR