Azərbaycanın Qırğızıstandakı səfiri bu ölkə parlamentinin sədri ilə görüşüb

Azərbaycanın Qırğızıstandakı səfiri bu ölkə parlamentinin sədri ilə görüşüb
# 24 yanvar 2008 12:43 (UTC +04:00)
Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev bu ölkə parlamentinin sədri Adaxan Madumarovla görüşüb. Səfirlikdən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlər, parlamentlərarası əlaqələrin genişləndirilməsi və bu il ərzində həyata keçiriləcək qarşılıqlı səfərlər müzakirə edilib. Bu ilin yayında Azərbaycanda keçiriləcək Qırğızıstan Mədəniyyət Günlərinin təşkili də diqqət mərkəzində olub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR