Misirin Azərbaycandakı səfiri Naxçıvana səfər edib

Misirin Azərbaycandakı səfiri Naxçıvana səfər edib
# 24 yanvar 2008 16:48 (UTC +04:00)
Misirin Azərbaycandakı səfiri Yusif Əhməd Əl Sarkavi Naxçıvan Muxtar Respublikasına (MR) səfər edib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, MR Ali Məclisinin sədri səfiri qəbul edib. Görüşdə iki ölkə arasında mövcud münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini deyən V. Talıbov birgə əməkdaşlıq çərçivəsində görülən işlərə toxunub, yaxın vaxtlarda Misirdə Heydər Əliyevin adını daşıyan parkın istifadəyə veriləcəyini xatırladıb. Ali Məclis sədri Naxçıvanla Misir arasındakı əlaqələrdən söhbət aşaraq, hazırda Naxçıvan Dövlət Universitetinin Misirin müxtəlif universitetləri ilə sıx əməkdaşlıq etdiyini, tələbə-müəllim mübadiləsinin aparıldığını qeyd edib. V. Talıbov Naxçıvanın Misirlə müxtəlif sahələrdə, o cümlədən təhsil, mədəniyyət və kənd təsərrüfatı sahələrində əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Səfir öz növbəsində Muxtar Respublikaya səfərin məmnun olduğunu ifadə edib, ikitərəfli əlaqələrin daha da inkişafı üçün səy göstərəcəyini bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR