Misirin Azərbaycandakı səfiri Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri ilə görüşüb

Misirin Azərbaycandakı səfiri Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri ilə görüşüb
# 25 yanvar 2008 12:14 (UTC +04:00)
Naxçıvana səfər edən Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yusif Əhməd əl-Şarkavi Naxçıvan Dövlət Universitetində (NDU) olub. Təhsil ocağından APA-nın Naxçıvan bürosuna verilən məlumata görə, səfir universitet rəhbərliyi və tələbələrlə görüşüb. Universitetdə “Heydər Əliyev Lektoriyası”nın 11-ci məşğələsinə qatılan səfir “Misir-Azərbaycan əlaqələrinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda məruzə ilə çıxış edib. Ali məktəbin konservatoriya fakültəsində ərəb və Azərbaycan mahnılarından ibarət konsert proqramı təşkil olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR