Tamerlan Qarayev Şri-Lankanın iqtisadi inkişaf naziri ilə görüşüb

Tamerlan Qarayev Şri-Lankanın iqtisadi inkişaf naziri ilə görüşüb
# 25 yanvar 2008 12:24 (UTC +04:00)
Azərbaycanın Şri-Lankadakı səfiri Tamerlan Qarayev bu ölkənin iqtisadi inkişaf naziri ilə görüş keçirib. T. Qarayev APA-ya bildirib ki, görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunub. Nazir səfiri Şri-Lankanın 60 illiyi ilə bağlı fevralın 4-də keçiriləcək tədbirlərə dəvət edib. T. Qarayev iki ölkənin enerji, kənd təsərrüfatı, çayçılıq, turizm və aviasiya sahələrində əməkdaşlıqda maraqlı olduğunu söyləyib. Azərbaycanın Banqladeş və Nepalda da səfiri olan T. Qarayev xarici işlər nazirini müavini Xələf Xələfovun bu ölkələrə səfərinin planlaşdırıldığını açıqlayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR