ABŞ-ın Azərbaycandakı səfiri: “Güman edirik ki, “Çap Evi” mətbəəsində adi yoxlama aparılır”

ABŞ-ın Azərbaycandakı səfiri: “Güman edirik ki, “Çap Evi” mətbəəsində adi yoxlama aparılır”
# 28 yanvar 2008 13:58 (UTC +04:00)
Səfir bildirib ki, “Çap Evi” çox vacib funksiyanı yerinə yetirir: “Mətbəədə müxalifət və müstəqil qəzetlər çap olunur. Bundan başqa, “Qanun” jurnalında da insan hüquqları sahəsində analitik materiallar olur. Hesab edirəm ki, məlumatın çoxluğu həmişə yaxşıdır. Yaxşı olar ki, Azərbaycandan çoxlu belə mətbəə fəaliyyət göstərsin və medianın azadlığına kömək etsin”.
Səfir Azərbaycan prezidenti İlham Əliyev və ABŞ dövlət katibi Kondaliza Raysın Davosdakı görüşündə hansı məsələlərin müzakirə edildiyindən xəbərsiz olduğunu söyləyib. O bildirib ki, belə görüşlərdə adətən, demokratiya, təhlükəsizlik və enerji məsələləri müzakirə olunur. Səfir deyib ki, bu il Azərbaycanda keçiriləcək prezident seçkisində ABŞ beynəlxalq təşkilatlar və Azərbaycan hökuməti ilə əməkdaşlıq edəcək: “Çalışacağıq ki, Azərbaycanda ədalətli seçki keçirilsin”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR