Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun növbəti duaeni Rumıniya səfiri olacaq

Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun növbəti duaeni Rumıniya səfiri olacaq
# 29 yanvar 2008 09:26 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun növbəti duaeni Rumıniyanın ölkəmizdəki səfiri Nikolae Ureki olacaq. APA-nın məlumatına görə, hazırda diplomatik korpusa Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Əli Həsən Əhməd Cəfər rəhbərlik edir. Diplomatik missiyası bitmək üzrə olduğundan bununla əlaqədar o, Azərbaycan rəsmiləri ilə görüşlər keçirir. Əli Həsən Əhməd Cəfər Bakını tərk edəndən sonra 2003-cü ilin mart ayından Bakıda səfir vəzifəsində çalışan Nikole Ureki diplomatik korpusun duaeni olacaq.
Qeyd edək ki, bu vəzifə ölkədə ən uzun müddətdir, səfir olan diplomata keçir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR