Bu il Azərbaycanla Özbəkistan arasında bir sıra qarşılıqlı rəsmi səfərlər həyata keçiriləcək

Bu il Azərbaycanla Özbəkistan arasında bir sıra qarşılıqlı rəsmi səfərlər həyata keçiriləcək
# 30 yanvar 2008 09:33 (UTC +04:00)
Bu il Azərbaycanla Özbəkistan arasında bir sıra qarşılıqlı rəsmi səfərlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu barədə APA-ya Özbəkistanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfəri İsmətulla İqraşev məlumat verib. Onun sözlərinə görə, 2008-ci ildə Özbəkistanla Azərbaycana arasında Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, gənclər təşkilatları, Milli Elmlər Akademiyası səviyyəsində qarşılıqlı səfərlər həyata keçiriləcək. Bundan başqa hər iki ölkənin teatr və incəsənət xadimləri müxtəlif tədbirlər çərçivəsində Bakı və Daşkənddə çıxışlar edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR