Azərbaycan prezidentinin Yunanıstana səfəri zamanı bir sıra dövlətlərarası sazişlər imzalanacaq

Azərbaycan prezidentinin Yunanıstana səfəri zamanı bir sıra dövlətlərarası sazişlər imzalanacaq
# 30 yanvar 2008 09:57 (UTC +04:00)
Azərbaycanın yeni seçilmiş prezidenti seçkilərindən sonra Yunanıstana rəsmi səfər edəcək. Bu barədə APA-ya Yunanıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Temistoklis Dimidis məlumat verib. Onun sözlərinə görə, səfər bir qədər əvvəlki tarixə planlaşdırılsa da, Azərbaycan və Yunanıstan prezidentlərinin iş qrafikləri üst-üstə düşmədiyindən, vaxt bir qədər uzadılıb. Azərbaycan prezidentinin Yunanıstana səfəri zamanı bir sıra dövlətlərarası sazişlərin imzalanması nəzərdə tutulsa da, onların adları açıqlanmır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR