Yunanıstan parlamentinin spikeri Dimitris Siufas Azərbaycana səfər edəcək

Yunanıstan parlamentinin spikeri Dimitris Siufas Azərbaycana səfər edəcək
# 30 yanvar 2008 10:17 (UTC +04:00)
Bu ilin ilk yarısında Yunanıstan parlamentinin spikeri Dimitris Siufas və ölkənin xarici ticarət naziri Azərbaycana rəsmi səfər edəcəklər. Bu barədə APA-ya Yunanıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Temistokles Dimidis məlumat verib. Onun sözlərinə görə, ölkənin xarici ticarət nazirinin Azərbaycana səfəri fevral ayına nəzərdə tutulsa da, o, Latın Amerikası turnesinə çıxdığına görə, ölkəmizə səfərinin vaxtı dəyişdirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR