Ədliyyə naziri Fikrət Məmmədov İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb

Ədliyyə naziri Fikrət Məmmədov İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb
# 31 yanvar 2008 09:16 (UTC +04:00)
Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Alan Guideti ilə görüşüb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanın Avropa ölkələri ilə səmərəli əməkdaşlıq etdiyini bildirən nazir hüquqi sahədə əlaqələrin gücləndirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb. Səfir Azərbaycanla ədliyyə sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsində maraqlı olduqlarını deyib. Görüşdə iki ölkənin ədliyyə orqanları arasında əməkdaşlığın müqavilə bazasının yaradılması, hakimlərin, hakimliyə namizədlərin, digər hüquqşünasların təhsili, mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR