Azərbaycanla Filippin arasında bir neçə dövlətlərarası saziş imzalanacaq

Azərbaycanla Filippin arasında bir neçə dövlətlərarası saziş imzalanacaq
# 31 yanvar 2008 09:49 (UTC +04:00)
Azərbaycan imzalanması nəzərdə bəzi dövlətlərarası sazişlərin ilkin variantını nəzərdən keçirilmək üçün Filippinə təqdim edib. Bu barədə APA-ya Azərbaycanın Filippində fövqəladə və səlahiyyətli səfiri İbrahim Hacıyev məlumat verib. Onun sözlərinə görə, sənədlər hazırda Filippin Xarici İşlər Nazirliyində nəzərdən keçirilir, sazişlər tam hazır olduqdan sonra imzalanacaq. Səfir iki ölkənin İnformasiya və Texnologiyalar nazirlikləri və Təhsil nazirlikləri arasında imzalanacaq sənədlərin artıq hazır olduğunu deyib. Bundan başqa Azərbaycanla Filippin arasında iqtisadi əlaqələr, gömrük münasibətləri və aviadaşımalar haqqında dövlətlərarası sazişlərin imzalanması nəzərdə tutulur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR