İranın Azərbaycandakı səfiri: “Azərbaycanla Ermənistan nə daimi düşmən, nə də dost olacaq”

İranın Azərbaycandakı səfiri: “Azərbaycanla Ermənistan nə daimi düşmən, nə də dost olacaq”
# 10 fevral 2008 09:32 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı fövqəladə və səlahiyyəti səfiri Nasir Həmidi Zare deyib.
Səfirin sözlərinə görə, İran-Ermənistan hərbi əməkdaşlığına dair ötən il iki ölkə müdafiə nazirlərinin imzaladığı sazişdə Azərbaycan üçün narahatlıq doğuran heç bir məqam yoxdur. O deyib ki, sazişdə yalnız İranın Ermənistan Ordusunun şəxsi heyəti üçün qida məhsulları ixrac etməsi nəzərdə tutulub: “Amma mən heç vaxt Azərbaycanın hansısa xarici ölkə ilə bu səpkidə müqavilə bağlamasını istəmirəm. Azərbaycanın həm vətəndaşlarını, həm də müxtəlif sahələrdə çalışan insanlarını qida ilə təmin etmək imkanları var. İstərdim ki, azərbaycanlılar bu məsələdən narahatlıq duymasınlar”. Ermənistanın Təbriz şəhərində konsulluğunun açılmasına münasibət bildirən səfir deyib ki, Azərbaycanla Ermənistan nə daimi düşmən, nə də dost olacaq: “Ermənistan bu dostluğu öz qonşuluğa yaraşmayan hərəkəti ilə zədələyib. Ancaq problemlər həll olunduqdan sonra Azərbaycanda belə suallar da yaranmayacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR