İsrailin Azərbaycandakı səfiri Artur Lenkin Goranboy və Gəncəyə iki günlük səfəri başlayıb

İsrailin Azərbaycandakı səfiri Artur Lenkin Goranboy və Gəncəyə iki günlük səfəri başlayıb
# 24 aprel 2008 08:22 (UTC +04:00)
İsrail səfirliyinin media və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Atəş Sultanovun APA-ya verdiyi məlumata görə, səfər millət vəkili Gültəkin Hacıyevanın dəvəti ilə gerçəkləşib. Diplomat cəbhə xəttində yerləşən Tapqaraqoyunlu kəndinə və kənddə şəhidlərin xatirəsinə ucaldılmış xatirə kompleksinə baş çəkəcək. Artur Lenkin həmçinin rayon İcra Hakimiyyətinin başçısı Elşən Abasov, yerli sakinlər və iş adamları ilə görüşü nəzərdə tutulub. Rayondakı vəziyyətlə tanış olan səfir müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçirəcək. Tərəflər kənd təsərrüfatı, infrastruktur və imkanların artırılması istiqamətində fikir mübadiləsi aparacaqlar. Səfərin ikinci günü səfir Lenk Gəncədə olacaq və burada şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşəcək. Görüşdə tərəflər kənd təsərrüfatı sahəsi də daxil olmaqla bir sıra sahələrdə əməkdaşlıq imkanlarını müzakirə edəcəklər. Daha sonra səfir Pasxa bayramını qeyd etmək üçün Gəncənin yəhudi icması ilə görüşəcək. O, həmçinin şəhərdə fəaliyyət göstərən QHT-lərin nümayəndələri ilə də fikir mübadiləsi aparacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR