Artur Lenk: “İsrail hökumətinin Azərbaycana münasibətində heç bir dəyişiklik yoxdur”

Artur Lenk: “İsrail hökumətinin Azərbaycana münasibətində heç bir dəyişiklik yoxdur”
# 24 aprel 2008 11:37 (UTC +04:00)
İsrail Knessetində qondarma “erməni soyqırımı”nın tanınması barədə təklifin irəli sürülməsinə münasibət bildirən səfirin sözlərinə görə, bu məsələnin müzakirəyə çıxarılması o demək deyil ki, İsrail hökumətinin Azərbaycana münasibətində hər hansı dəyişiklik var: “İsrail parlamentində demokratiya mövcuddur. İstənilən parlament üzvü hər hansı məsələ ilə bağlı fikir söyləyə, səsverməyə çıxarılmasını istəyə bilər. Soyqırım isə siyasi məsələ deyil. Tarixçilər bunu araşdırmalı, əsl həqiqəti dünya ictimaiyyətinə çatdırmalıdırlar. İsrail Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həll olunmasını, region xalqlarının sülh və əmin-amanlıq içində yaşamasını istəyir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR