İsrailin Azərbaycandakı səfiri Gəncəyə səfər edib

İsrailin Azərbaycandakı səfiri Gəncəyə səfər edib
# 26 aprel 2008 08:08 (UTC +04:00)
Gəncə-Ayxan Hüseynov-APA. İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Artur Lenk Goranboy rayonundan sonra Gəncəyə səfər edib. APA-nın Qərb bürosunun məlumatına görə, Gəncəyə səfəri çərçivəsində səfir Artur Lenk ilk olaraq icra başçısı Eldar Əzizovla görüşüb. Görüş zamanı Eldar Əzizov Gəncənin tarixi, sosial-iqtisadi durumu barədə səfirə məlumata verib. Öz növbəsində səfir Artur Lenk Azərbaycan-İsrail dostluq münasibətlərindən, ölkələrimiz arasındakı iqtisadi və mədəni əlaqələrin prespektivlərindən söz açıb. Səfir Artur Lenk İsrail iş admalarının Azərbayacana böyük maraq göstərdiyini vurğulayaraq, ölkəsinin Azərbaycanla iqtisadi layihələrin gerçəkləşdirilməsi niyyətində olduğunu bildirib. İcra başçısı Eldar Əzizovla görüşdükdən sonra İsrail diplomatı Gəncədə yerləşən Yəhudi icmasına gələrək burada olan yəhudilərlə görüşüb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR