Azərbaycanın Los-Ancelesdəki baş konsulu hindu qəbilələrinin nümayəndələri ilə görüşüb - FOTO

Azərbaycanın Los-Ancelesdəki baş konsulu hindu qəbilələrinin nümayəndələri ilə görüşüb - <font color=#FF0000>FOTO</font>
# 29 aprel 2008 09:34 (UTC +04:00)
APA-nın ABŞ bürosunun xəbərinə görə, E. Süleymanov saliş və kotenai qəbilələrinin Konfederasiya Şurasının üzvlər ilə görüş keçirib. Qəbilə nümayəndələri qonağın şərəfinə xüsusi mədəniyyət proqramı təşkil ediblər. Qəbilə şurasının üzvü Çarli Moreqo Şimali Amerika xalqlarının musiqi rəmzi olan hindu tütəyini baş konsula hədiyyə edib. E. Süleymanov isə yerli hindulara Azərbaycan haqqında məlumat verib. O, türk və hindu xalqlarının eyni kökə malik olmaları haqqında məşhur nəzəriyyə barədə də danışıb.
Qeyd edək ki, Fletksed rezervasiyasına səfər Montana Universitetinin Heydər Əliyev adına mükafata layiq görülən tələbələrindən biri, yerli xalqların nümayəndəsi olan Kley Brennetin təşəbbüsü ilə həyata keçirilib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR