İraq səfiri Kərbəla ziyarətinə gedən Azərbaycan vətəndaşlarına viza vermədiklərini bildirib

İraq səfiri Kərbəla ziyarətinə gedən Azərbaycan vətəndaşlarına viza vermədiklərini bildirib
# 29 aprel 2008 12:31 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərşad Ömər İsmayıl Xarici İşlər Nazirliyinə sorğu ilə müraciət edib. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Ə. Ö. İsmayıl məlumat verib. O, sorğunu bu yaxınlarda 150-dək Azərbaycan vətəndaşının Kərbəla ziyarətinə getməsi ilə bağlı əldə etdiyi məlumatlara əsasən verdiyini bildirib: “Belə məlumatlar yayılıb ki, guya həmin şəxslər İraqın Azərbaycandakı səfirliyinin vizası əsasında ziyarətə gediblər. Biz heç kəsə belə bir viza verməmişik”. Səfir Kərbəla ziyarətinin təşkilini mümkün saysa da, bunu həyata keçirən şirkətin zəvvarların təhlükəsizliyinə təminat verməsinin vacib olduğunu da diqqətə çatdırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR