Hüquq müdafiəçiləri ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüblər

Hüquq müdafiəçiləri ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüblər
# 29 aprel 2008 14:39 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Arzu Abdullayeva və Eldar Zeynalov ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi ilə görüşüblər. Novella Cəfəroğlu APA-ya bildirib ki, görüşdə qarşıdan gələn prezident seçkiləri, sərbəst toplaşmaq azadlığı, insan haqlarının vəziyyəti ilə bağlı müzakirələr aparılıb. Onun sözlərinə görə, hüquq müdafiəçiləri həbsdə olan jurnalistlərin azadlığa buraxılması, bir qədər əvvəl Strasburqa olan səfərlərinin yekunları ilə də bağlı səfirlə fikir mübadiləsi aparıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR