Rusiyanın Azərbaycandakı səfiri Şəkiyə səfər edib

Rusiyanın Azərbaycandakı səfiri Şəkiyə səfər edib
# 02 may 2008 09:08 (UTC +04:00)
Şəki. Hafiz Heydərov-APA. Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov Şəkiyə səfər edib. Şəki rayon İcra Hakimiyyətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, səfir 8 saylı şəhər orta məktəbinə baş çəkib, təhsil müəssisəsində fəaliyyət göstərən rus bölməsinə dərs vəsaitləri hədiyyə edib. Vasili İstratovun şəhərin tarixi abidələri ilə tanış olması, Şəkidəki “İpək” ASC-yə baş çəkməsi nəzərdə tutulub. Səfər mayın 3-də başa çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR