ABŞ-ın Azərbaycandakı səfiri ölkənin şimal-qərb bölgəsinə səfər edib

ABŞ-ın Azərbaycandakı səfiri ölkənin şimal-qərb bölgəsinə səfər edib
# 03 may 2008 15:32 (UTC +04:00)
Şəki. Hafiz Heydərov-APA. ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Enn Dersi ölkənin şimal-qərb bölgəsinə səfər edib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, E. Dersi bölgəyə səfəri çərçivəsində bu gün Şəkidə olub. O, bölgə jurnalistlərinin iştirakı ilə Ümumdünya Mətbuat Günü münasibəti ilə rayonda təşkil olunmuş tədbirə qatılıb. Tədbirdə xanım E. Dersi Azərbaycanda mətbuatın durumu mövzusunda məruzə ilə çıxış edib. Səfir çıxışında bildirib ki, azad mətbuat olmadığı halda vətəndaşların öz hökumətlərinin yürütdüyü siyasət haqda müstəqil məlumat əldə edə bilmək hüquqları məhdudlaşır. “Azad mətbuat olmadan həqiqi azadlıq yoxdur” deyən E. Dersi “hökuməti və hökumət rəhbərlərini tənqid etmək xəyanət demək deyil, bu həqiqi demokratiyanın əlamətidir” söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR