Ann Dersi:“ABŞ-ın prezident seçkiləri ilə bağlı ayırdığı vəsait müəyyən proqramların reallaşdırılmasına sərf olunacaq”

Ann Dersi:“ABŞ-ın prezident seçkiləri ilə bağlı ayırdığı vəsait müəyyən proqramların reallaşdırılmasına sərf olunacaq”
# 03 may 2008 16:27 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov-APA. ABŞ-ın Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı ayırdığı 3 milyon dollarlıq vəsait müəyyən proqramların reallaşdırılmasına sərf olunacaq. APA-nın məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın şimal-qərb bölgəsində səfərdə olan ABŞ-ın ölkəmizdəki səfiri Ann Dersi deyib. Onun sözlərinə görə, bu vəsaitin bir hissəsi texniki yardım şəklində olacaq. Bu isə seçki prosesinin normal və ədalətli keçməsinin izlənilməsinə təkan verəcək. Vəsaitin bir hissəsi də təlim proqramı üçün ayrılıb. Səfir deyib ki, bu proqram vasitəsilə seçkilərin şəffaf keçirilməsini təmin etmək üçün siyasi partiyalarla təlimlər keçiriləcək. Diplomat qeyd edib ki, onlar bu proqramları qərəzsiz həyata keçirəcəklər və sadəcə, seçki günü baş verən prosesləri izləyəcəklər. A. Dersi Venesiya Komissiyasının “Sərbəst toplaşma azadlığı” və Seçki Məcəlləsi ilə bağlı təklif etdiyi dəyişiklikləri dəstəklədiyini deyib. Bu dəyişikliklərlə bağlı təkliflərin Azərbaycan Milli Məclisində müzakirəyə çıxarılmasından məmnunluğunu ifadə edən səfir prezident seçkilərinin şəffaf və ədalətli keçiriəcəyinə ümid etdiyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR