Ukraynanın Azərbaycandakı yeni səfiri bu həftə Bakıya gələcək

Ukraynanın Azərbaycandakı yeni səfiri bu həftə Bakıya gələcək
# 05 may 2008 12:55 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri Boris Klimçuk səlahiyyətlərinin icrasına başlamaq üçün bu həftə Bakıya gələcək. APA-nın məlumatına görə, diplomat bu vəzifəyə prezident Viktor Yuşşenkonun fərmanı ilə aprelin 15-də təyin olunub. 1951-ci ildə anadan olmuş B. Klimçuk Ali Radanın deputatı olub və Volın vilayətinin qubernatoru, prezidentin müşaviri vəzifələrində çalışıb. Bu ilin mart ayına kimi o, Ukraynanın Litvadakı səfiri vəzifəsini tutub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR