ABŞ-ın Azərbaycandakı səfiri Qax və Zaqatala rayonlarında olub

ABŞ-ın Azərbaycandakı səfiri Qax və Zaqatala rayonlarında olub
# 05 may 2008 14:30 (UTC +04:00)
APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, A. Dersi bu gün Qax rayonunun Qum kəndində ABŞ hökumətinin vəsaiti hesabına əsaslı təmir və bərpa edilən 5-ci əsrə aid alban məbədinin açılışında iştirak edib. Məbədlə yaxından tanış olan diplomata abidənin tarixi barədə məlumat verilib. Səfir Rayon İcra Hakimiyyətində görüş keçirəndən sonra Zaqatalaya gedib. Zaqatalada İslam Universitetinə baş çəkən A. Dersi bölgənin qazısı, universitetin rektoru İbrahim Əfəndi, ali məktəbin tələbələri ilə görüşüb. O, RİH-də də görüşlər keçirib, XIX əsrə aid Tala məscidinə baş çəkib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR