Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri vəzifəsinin icrasına başlamamış geri çağırılıb

Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri vəzifəsinin icrasına başlamamış geri çağırılıb
# 06 may 2008 14:59 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Fransa Azərbaycana yeni təyin etdiyi səfirini Monakoya səfir təyin edib. APA-nın məlumatına görə, ötən ilin oktyabrında xanım Odil Remik-Adim Azərbaycana səfir təyin olunub. Diplomat Fransanın BMT Baş Assambleyasındakı nümayəndə heyətinin baş katibi vəzifəsində missiyasını bitirmədiyi üçün bu ilin mart ayında Bakıya gələrək, vəzifəsinin icrasına başlamalı idi. Lakin xanım səfirin səhhətində problemlər yarandığından, onun təyinatına yenidən baxılıb və xanım diplomat ölkəsinə yaxın olan Monakoya səfir təyin olunub.
Fransa yaxın günlərdə Azərbaycana yeni səfir təyin edəcək.
Xatırladaq ki, Fransanın Bakıdakı sonuncu səfiri Bernar Amodrik Dü Şafo təqaüdə çıxması ilə bağlı diplomatik missiyasını başa vurub. Bu vəzifədə o, 2006-cı ilin fevralından bu ilin oktyabr ayına kimi çalışıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR