Azərbaycanın Moldovadakı səfirliyində Heydər Əliyevin 85 illiyinə həsr olunmuş təntənəli mərasim keçiriləcək

Azərbaycanın Moldovadakı səfirliyində Heydər Əliyevin 85 illiyinə həsr olunmuş təntənəli mərasim keçiriləcək
# 07 may 2008 09:56 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. Bu gün Azərbaycanın Moldovadakı səfirliyində Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın Moldovadakı səfirliyindən məlumat verilib. Moldovanın keçmiş prezidenti Petro Luçinski və Azərbaycanın Moldovadakı səfiri İsfəndiyar Vahabzadənin açılış nitqi söyləyəcəkləri mərasimdə Moldovanın dövlət və hökumət nümayəndələri, parlament üzvləri, ictimai qurumların və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edəcəklər. Tədbir zamanı səfirlik daxilində Heydər Əliyevin büstünün açılışı keçiriləcək, stendlərdə onun aldığı diplomların, fəxri fərmanların surəti nümayiş olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR