Bakıda İsrail dövlətinin yaranmasının 60 illiyi qeyd olunub

Bakıda İsrail dövlətinin yaranmasının 60 illiyi qeyd olunub
# 09 may 2008 08:27 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bakıda İsrail dövlətinin qurulmasının 60 illiyi münasibətilə təntənəli qəbul keçirilib. APA-nın məlumatına görə, İsrailin Azərbaycandakı səfirliyinin təşkil etdiyi ziyafətdən əvvəl “İsrail azərbaycanlı gənclərin gözü ilə” adlı sərginin açılışı olub. Səfir Artur Lenk bildirib ki, builki müstəqillik gününün mövzusu gənclərdir: “İstər İsraildə, istərsə də dünyanın başqa yerlərində təşkil etdiyimiz tədbirlər əsasən gənclərlə bağlıdır”. Diplomat bu ilin fevralında 8 azərbaycanlı gəncin İsraildə səfərdə olduğunu və orada çəkdikləri şəkilləri bu gün sərgilədiklərini söyləyib. A. Lenk ziyafətdəki çıxışında ölkəsinin 60 ildə qazandığı uğurlardan danışaraq deyib ki, heç bir təbii ehtiyatı olmayan İsrail elmin inkişafı hesabına böyük iqtisadi göstəricilərə nail olub. O, İsrail-Azərbaycan əlaqələrinin bütün dünya üçün tolerantlıq nümunəsi olduğunu qeyd edib. Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov isə çıxışında İsrail xalqını bu əlamətdar günlə əlaqədar təbrik edərək Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyədə olduğunu və daim inkişaf etdiyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR