Azərbaycan Diplomatik Akademiyası yay məktəbinə qəbul elan edib

Azərbaycan Diplomatik Akademiyası yay məktəbinə qəbul elan edib
# 12 may 2008 09:07 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. Azərbaycan Diplomatik Akademiyası “Müasir beynəlxalq münasibətlərdə İslam” mövzusu üzrə yay məktəbinə qəbul elan edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dərslər 11-20 iyul tarixlərində Bakıda və Qubada keçiriləcək. Yay məktəbinin iştirakçıları islamın təməl dəyərləri, onun digər dinlərə münasibəti ilə yaxından tanış olacaqlar. Dərslər interaktiv formada, kiçik qruplarda aparılacaq. Bundan başqa, Qobustana, Atəşgaha və bir sıra regionlara səfərlər təşkil olunacaq.

,
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR