Elmar Məmmədyarov Kubanın Azərbaycandakı səfirini diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul edib

Elmar Məmmədyarov Kubanın Azərbaycandakı səfirini diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul edib
# 12 may 2008 16:49 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Xarici işlər naziri Elmar Məmmədyarov Kubanın eyni zamanda Azərbaycandakı səfiri Xorxe Marti Martinesi diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, X. Martines ölkəsinin vacib tərəfdaş kimi Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verdiyini bildirib. Səfir həmçinin mayın ortalarında Kuba ticarət palatasının nümayəndələrinin Azərbaycana səfər edəcəyini qeyd edib. X. Martines Kubanın hər zaman Azərbaycanın ərazi bütövlüyü mövqeyindən çıxış etdiyini və bu mövqedə qalacağını diqqətə çatdırıb. E.Məmmədyarov ikitərəfli əməkdaşlıq üçün mövcud olan geniş potensialı inkişaf etdirməyin zəruri olduğunu söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR